"BMW" yeni nəsil X1 təqdim etdi - FOTO

“BMW” şirkəti krossover “X1”-in yeni nəslini təqdim edib. Avtosfer.az “auto.az” istinadən verdiyi məlumata görə, modelin ictimai debütü 2015-ci ilin sentyabrında Frankfurtda keçiriləcək. Yeniliyin Avropada satışı oktyabrda başlayacaq. Avtomobilin qiyməti daha sonra məlum olacaq.

Yeni krosover böyük radiator barmaqlığı, həmçinin xromlaşdrılmış naxışı olan qabaq bamper və fərqli baş optika əldə edib. “X1” markanın ilk qabaq ötürücülü krossoveri oldu.

“X1”-dən əvvəlki modelin mühərrikinin uzununa yerləşməsi daha kompakt və rahat köndələn tərtibatla əvəz olundu. Bu krossoverin siluetinin dəyidirilməsinə imkan verdi. Avtomobil daha qısa kapot və əyilmiş dam əldə etdi.

Bunun hesabına salonun sahəsi genişləndi. Bundan başqa, bəzi ölkələr üçün avtomobili arxa çıxıntının hesabına böyüdülmüş qabaritlərlə və üçüncü oturacaq sırası ilə təklif edəcəklər.

Avtomobilin mühərrik qammasına 2,0 litr həcmli iki benzin mühərriki daxil olub. Aqreqatların gücü 192 və 231 a.g. təşkil edir. Bundan başqa, eyni həcmli (150, 190 və 231 a.g.) üç dizel mühərriki də əlverişlidir.

Daha sonra mühərrik sırasına ibtidai səviyyəli iki aqreqat – 1,5 litrlik üçsilindrli benzin mühərriki (136 a.g.) və 116 a.g. faydalı iş əmsalı olan turbodizel də daxil olacaq.

Mühərrikdən asılı olaraq yeni nəsil “X1” altıpilləli mexaniki sürət qutusu və ya səkkizpiləli Steptronic ASQ ilə təchiz oluna bilər.

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










