“BMW”dən robot avtomobillər

Almaniyanın “BMW” və Çinin “Baidu” şirkətləri pilotsuz avtomobilin prototipini yaratmaq üzərində düşünürlər. Layihə nəqliyyat vasitələrinin avtomatik idarəetmə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin axtarış sistemi pilotsuz avtomobillərin daxili kompyuterlərinə yüklənəcək yüksək ölçülü xəritələrin hazırlanması ilə məşğul olacaq. Avtomobillər üçün müəyyən yol situasiyalarında müstəqil qərar qəbul etmək bacarığına malik olan elektron sistemlər yaradılacaq.
“BMW” şirkətinin məlumatına əsasən, 2016-cı ilədək şirkət avtomobillərin pilotsuz idarəetmə sistemlərini yaratmağı planlaşdırır. Daha dörd ildən sonra yolun müəyyən hissələrində müstəqil idarə ediləcək yüksək texnoloji prototip yaradılacaq. 2025-ci ilədək isə şirkət tam robotlaşdırılmış avtomobil yaratmaq niyyətindədir. AzərTAc
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










