Bu avtomobildən yalnız bir ədəd hazırlandı - FOTO

Bugatti şirkəti Kaliforniyada keçirilən eleqantlıq müsabiqəsində unikal Veyron modelini təqdim edib. Anspress-in məlumatına görə, Sinqapurdan olan müştərinin sifarişi ilə avtomobildən yalnız bir ədəd hazırlanıb. Grand Sport Vitesse "1 of 1" markanın məşhur klassik modelləri "Type 41 Royale", "Type 55" və "Type 44" kimi qara-sarı rənglərə boyanıb. Xüsusi rəngdən əlavə, hiperkar qeyri-adi radiator barmaqlığı əldə edib. Burada avtomobilin sahibinə məxsus "PL" inisiallarını görmək olar. Şirkətdən verilən rəsmi məlumata görə, bu detalın hazırlanmasına 200 saata yaxın vaxt sərf olunub. Hiperkar 8 litrlik 4 turbinli W16 mühərriki ilə təchiz edilib, mühərrik 1200 at gücünə sahibdir. Grand Sport Vitesse "1 of 1" modelinin maksimal sürəti 400 km/saatdan çoxdur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















