Bu il Çində ən çox satılan elektrikli avtomobillər

2021-ci ilin 3 rübü üzrə məlumatlar göstərir ki, Tesla, Çində ən çox satılan ilk 3 elektrikli avtomobil modellərindən 2-si Tesla elektromobilləridir.
Çinin Sərnişin Avtomobilləri Assosiasiyasının çərşənbə günü yaydığı məlumatlara görə, Tesla, Xpeng və Nio kimi rəqiblərindən qabaqdadır.
2021-ci ilin 3 rübündə (9 ayda) Çində ən çox satılan 15 yeni elektromobil siyahısı:
1. Hongguang Mini (SAIC-GM-Wuling)
2. Model 3 (Tesla)
3. Model Y (Tesla)
4. Han (BYD)
5. Qin Plus DM-i (BYD)
6. Li One (Li Auto)
7. BenBen EV (Changan)
8. Aion S (GAC Motor spin-off)
9. eQ (Chery)
10. Ora Black Cat (Great Wall Motor)
11. P7 (Xpeng)
12. Song DM (BYD)
13. Nezha V (Hozon Auto)
14. Clever (SAIC Roewe)
15. Qin Plus EV (BYD)
Məlumata görə, Çində ən çox satılan elektromobil, General Motors-un Wuling Motors və SAIC Motor ilə birgə müəssisəsi tərəfindən hazırlanmış kiçik bir nəqliyyat vasitəsi olan Hongguang Mini-dir.
Minik avtomobilləri assosiasiyasına görə, Elon Musk-ın avtomobil istehsalçısı Çində 200 min dən çox elektrik avtomobili satıb - 92 min 933 Model Ys və 111 min 751 Model 3s.
Keçən il Çindəki satışlar Teslanın gəlirinin təxminən beşdə birini təşkil edib. ABŞ-da yerləşən avtomobil istehsalçısı, Çində istehsal etdiyi Model Y-ni bu ilin əvvəlində satışa çıxarmağa başlayıb. Şirkət iyul ayında avtomobilin daha ucuz versiyasını da satışa çıxarıb.
Tesla-nın səhmləri bu il təxminən 15% bahalaşıb, ABŞ-da ticarət olunan Nio səhmləri isə 25%-dən çox ucuzlaşıb. Xpeng-in səhmləri isə təxminən 7% dəyərdən düşüb.///marja
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











