Bu maşınlar 3 dəfə ucuz qiymətə satıldı -11 minlik maşın 3600-ə

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 16-da keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Komitədən Avtosfer.az-a verilən məlumata görə, hərraca çıxarılan 6 avtomobildən 6-sı da satılıb.
Bütün avtomobillər başlanğıc qiymətinə alınıb. Belə ki, «Chevrolet Epica» 3 604, «QAZ 66-11» 1080, 2004-cü il istehsalı olan «Tofaş Şahin» 1918, 2005-ci il istehsalı olan «Tofaş Şahin» 2 094, «Peugeot 406» isə 1 748 manata satılıb.
Xatırladaq ki, iyunun 16-da keçirilən hərraca 2007-ci il istehsalı olan 2 ədəd 2007-ci il istehsalı olan «Chevrolet Epica», 1993-cü il istehsalı olan «QAZ 66-11», 2004 və 2005-ci il istehsalı olan «Tofaş Şahin», 2002-ci il istehsalı olan «Peugeot 406» avtomobilləri çıxarılmışdı.
Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan «Chevrolet Epica»nın qiyməti 11000 dollar və ya 11 544 manat, 2004-cü il istehsalı olan «Tofaş Şahin» 3900 dollar və ya 4093 manat, 2005-ci il istehsalı olan «Topaş Şahin» isə 5 500 dollar və ya 5 772 manatdır.
Fidan
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...










