Bu ölkədə avtomobil satışı azalıb, təchizat zəifləyib, amma...

Oktyabrda İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığında 15060 yeni avtomobil satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azdır. Cari ilin ilk 9 ayı ərzində 195 min yeni maşın satılıb ki, bu da illik əsasda 6% geriləmə deməkdir.
Avtosfer.az xəbər verir ki, avtomobil dilerlərinin məlumatına görə, problem digər ölkələrdəkindən fərqlidir. Qonşu ölkələrdə satışların ləngiməsi sərt karantin və əhalinin gəlirlərinin azalması ilə bağlı olsa da, konfederasiya və knyazlıqda vəziyyət başqadır. Bu ölkələrin heç biri sərt karantin tətbiq etməyib. Satışın geriləməsinin səbəbi təchizatın pisləşməsidir. Çip probleminə görə istehsal minimuma düşüb, sifarişçilərin gözləmə müddəti artıb. Ekspertlər yaxın aylarda vəziyyətin normallaşacağını ehtimal etmirlər.
Detal qıtlığına görə istehsalçılar ənənəvi modelləri təqdim etməyə məcburdr. Hər 2 ölkədə ötən ay satılan avtomobillərin 49%-i benzin mühərriklə təchiz edilib. Hibrid və elektromobillərin payı təxminəın 25% olub.
Qeyd edək ki, İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığının avtomobil statistikası birgə aparılır. Ümumi əhali sayı 10 milyon nəfər olan 2 ölkədə son statistikaya görə motorlu nəqliyyat vasitələrinin sayı 6.3 milyon ədədi keçib. Hər min nəfərə 541 minik avtomobili düşür. Ailələrin 70%-də azı 1 velosiped, 80%-də isə azı bir avtomobili var.
Vüqar Yaşaroğlu
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










