Bu şirkət bütün avtomobil modellərinin qiymətini qaldırıb

“Tesla” bütün avtomobil modellərinin qiymətlərini qaldırıb. Verilən məlumata görə, baza sayılan “Model 3” və “Model Y” elektromobillərinin qiyməti 2 min ABŞ dolları artaraq 43 990 və 56 990 ABŞ dolları olub.
Avtosfer.az xəbər verir ki, daha bahalı “Model S” və “Model X” avtomobillərinin qiyməti isə dərhal 5 min ABŞ dolları qalxıb – 94 990 və 104 990 ABŞ dollarına çatıb. Qlobal yarımkeçirici çatışmazlığına baxmayaraq, 2021-ci ilin üçüncü rübü “Tesla” üçün çox uğurlu olub.
Hələ iyun ayında “Tesla”nın CEO-su İlon Mask 2021-ci ilin birinci yarısında “Model 3” və “Model Y” avtomobillərinin qiymətinin artacağı barədə məlumat verib. Sahibkar bunu təchizat zəncirindəki çatışmazlıqlarla əlaqəli olduğunu söyləyib.
Şirkət son qiymət artımları ilə bağlı izahat verməsə də, maliyyə direktoru Zak Kirkhorn investorlara verdiyi açıqlamada elektrikli avtomobillərə artan tələbatın “Tesla” üçün təəccüblü olduğunu etiraf edib.///banker.az
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










