Dairədəki hərəkətlə bağlı sualın cavabı açıqlandı

Avtosfer.az saytında sual-cavab rubrikasının daha bir mərhələsi başa çatıb. Ötən həftə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan daha bir sual təqdim etmişdik. Sual belə idi; şəkildə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan və orada müəyyən qədər hərəkət etdikdən sonra bu yolayrıcından çıxan avtomobil verilib. Bu avtomobilin sürücüsü qeyd edilən dörd vəziyyətin hansında və hansı istiqamətdə dönmə siqnalı verməlidir?
Suala oxucularımız tərəfindən verilən cavabları da təqdim edirik.
Kama - 1 sağ, 2sol, 3sağ 4 sağnan çıxdun...
Sedaqet - Her birinde yandirilmalidir
Zahir - Bütün vəziyyətlərdə yandırılmalıdır
Kamran - 2 sol terefe, 4 sag terefe
Kamran - 2 ve 4
Emin - 1ci ve 4cu veziyyetde donme siqnalının verilmesine ehtiyac qalmır, cunki surucu daxil oldugu hereket hissəsi uzre hereket etmelidir ve bu halda sekilde de o cur hereket edir. Ancaq 2ci veziyyetde sola ve 3cu veziyyetde saga donme siqnali verilməlidir.
Mahir - 2 ve 3
Erşad Eliyev • Yalniz dörduncu şəkil.sağs.
Facebookdan yazılan kommentləri təqdib edirik.
Hesen Aliyev - 1 sol,
Sərdar Nəsirov - 2-də sola,3-sağa
Fariz Xelilov - 2-sol, 3-sağ....
Kamran Eliyarov - 4,2
Rashad Mamedov - 1-sol. 2-sol. 3-sag. 4-sag
Sualın doğru cavabı isə belədir:
“Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Gördüyünüz şəkildə bütün 4 vəziyyətdə sürücü manevr edir: 1-də sağa dönərək dairə boyunca zolaqlara daxil olur; 2-də dairə boyunca soldakı zolağa yerdəyişmə edir; 3-də dairə boyunca sağdakı zolağa yerdəyişmə edir; 4-də sağa dönərək dairəyə birləşən yola çıxır. Deməli, düzgün cavab belə olacaq: sürücü bütün vəziyyətlərdə müvafiq dönmə siqnalı verməlidir: 1-də sağa, 2-də sola, 3-də sağa, 4-də yenə sağa dönmə siqnalı.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










