Dövlət ilkin satış qiyməti 10 min manat olan maşını 27 min 800 manata SATIB

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 fevralda keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 1 dövlət obyekti və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.
Avtosfer.az xəbər verir ki, özəlləşdirilən əmlaklara 10-u elektron olmaqla ümumilikdə 66 sifariş verilib.
Sifarişlərin çox olması hərracı rəqabətli edib. Belə ki, ilkin start qiyməti 3.500 manat olan “Kamaz” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 26.100 manata satılıb. Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Toyota Land Crusier” olub. İlkin satış qiyməti 10.000 manat olan bu maşına edilən son təklif 27.800 manat olub.
Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyəti "Tovuz Məişət" ASC-dir. Adıçəkilən səhmdar cəmiyyətin 30 faizlik səhm paketi 16.568 manata satılıb.
Özəlləşdirilən dövlət obyekti isə Qazax rayonunda yerləşir.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 167.268 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/33HjKDH )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 1, 3 və 9 mart tarixlərində keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










