Dövlətə məxsus 51 avtomobil satıldı - QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 23 noyabrda keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi və 50 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata əsasən, alıcıların hərraclarda fəallığı prosesi daha da rəqabətli edib.
Belə ki, bir lot şəklində hərraca çıxarılan 21 eyni markalı nəqliyyat vasitəsinin birgə ilkin start qiyməti 37 900 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 63 400 manata yüksəlib.
Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2007-ci il olan avtomobil olub. 5 şəxsin sifarişçi kimi təklif verdiyi hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 7 000 manat olmasına baxmayaraq, 10 300 manata sahibini tapıb.
Özəlləşən kiçik dövlət müəssisəsi isə Şəki rayonunda yerləşən “Əmlak kompleksi”dir. Əmlakın ümumi faydalı sahəsi 2 889 kvadratmetr, torpaq sahəsi isə 91 750 kvadratmetr təşkil edir.
Qeyd edilməlidir ki, 23 noyabr hərracında özəlləşdirilmiş əmlaklardan 394 155 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə linkdən tanış olmaq mümkündür.
30 noyabr tarixində keçiriləcək növbəti hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və 1 yarımçıq tikili çıxarılıb.
Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











