Banner

DYP-də keçmiş polisə 10 min manata nömrə təklif olunub

Avtobazar 20 May 2014 19:27 Oxunub 2753
DYP-də keçmiş polisə 10 min manata nömrə təklif olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müşfiq Rəhimovun rəhbərlik etdiyi şöbədə 99-999 nömrəsinə belə qiymət qoyulub

Respublika Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. Qanunda bir başqa, reallıqda tamam ayrı şəkildə həyata keçirilən bu prosesdən qazananlar da çoxdur. Üstəlik, əgər «yaxşı nömrə» istəyən varsa, bu artıq əlavə qazancdır. Özü də elə-belə yox. Jam.az xəbər verir ki, BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisi Müşfiq Rəhimov həyata keçirir. Onun əlindəki cüt nömrələr, hətta məmur uşaqlarını da ona ağız açmağa vadar edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 25 min manata qədər dəyişəndir. Sayta müraciət edən 28 il polis orqanlarında qüsursuz çalışmış Balakişi Hüseynov şəxsi maşınına nömrə almaq istədiyini, amma ondan külli miqdarda pul tələb olunduğunu deyib. O bildirib ki, 99-999 dövlət nömrə nişanını almaq üçün BDYPİ-yə müraciət edib. Lakin oradan keçmiş polis işçisinə bildiriblər ki, onlarda 99-999 dövlət nömrə nişanı qalmayıb və bu səbəbdən də heç bir yardım edə bilməyəcəklər. Bu deyilənlərə inanmaq istəyən Balakişi Hüseynov ona deyilən sözün ardından 5 dəqiqə keçməmiş təklifi eşidəndə isə şoka düşüb. Belə ki, keçmiş polis işçisinə keçmiş həmkarları Müşfiq Rəhimovun adından xəbər çatdırıblar ki, əgər qeyd olunan dövlət nömrə nişanını almaq istəyirsə, ona hörmət əlaməti olaraq bunu 10 min manata təşkil edə bilərlər. BDYPİ-nin şöbə rəisi M.Rəhimovla görüşmək üçün dəfələrlə can atdığını, lakin buna nail olmadığını bildirən B.Hüseynov qeyd edir ki, baş verən özbaşınalıq və qanunsuzluqdan dolayı Prezident əvə Daxili İşlər naziri Ramil Usubova müraciət edəcək. İlkin olaraq mətbuat vasitəsi ilə DİN başçısı Ramil Usubova müraciət edən keçmiş polis işçisi bildirib: «Cənab nazir, 28 il bu dövlətə qüsursuz xidmət etmişəm. İndiyə qədər bir dəfə də olsun, hansısa nömrə və ya başqa bir məqsədlə BDYPİ-yə müraciət etməmişəm. Sonuncu dəfə 99-999 dövlət nömrə nişanını almaq üçün müraciətdə bulundum, lakin Müşfiq Rəhimovun rəhbəri olduğu şöbədə mənə bildirdilər ki, bunun üçün 10 min manat pul lazımdır. Mən sizdən artıq dərəcədə xahiş edirəm, həm bu məsələni araşdırıb tədbir görəsiniz, həm də mənim avtomobilimin arzuladığım dövlət nömrə nişanı ilə təmin olunmasına yardımçı olasınız».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zohrab 10 Noyabr 2014 22:55
Rusiyada «yaxşı nömrə» ləri Mİİ-nin zibildaşıyan maşınlarına verirlər.Ona görə də nə belə nömrə almaq istəyən var, nə də onları qazlayan
QAİ 10 Noyabr 2014 22:55
Çox maraqlıdır görəsən bu 28 il qüsursuz xidmət edən polis 99 999 nömrəsini hansı marka maşına istiyir və hansı pensiyaya alıb o maşını,məncə ondan da soruşsalar yaxşı olar,belə də ki hamı bir bezin qırağıdır,qüsursuz yox rüşvətsiz xidmət etmək lazımdır.
Yek 10 Noyabr 2014 22:55
hami bilir ki dyp-de her zaman olub ve olacaqda rushvet bunu yigishdirmaq legv etmek qeyri mumkundur men inaniram ki lap bu nomreni 15000 aznde teklif ederler cunki dyp-de nomre satmaq su icmek kimi bir ishdi