Əlillərin avtomobillə təminatı başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2014-cü ilədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərin minik avtomobilləri ilə tam təminatını başa çatdırıb. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları qısa müddət ərzində uğurla icra edilib. Sərəncamlara uyğun olaraq, cari ilədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin, habelə 776 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsin, ümumilikdə 1453 nəfərin avtomobillə tam təminatı həyata keçirilib. İndiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin sayı isə 5259 nəfərə çatıb.
Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə açıqlanan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilib. Həmin bölmədə dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb edilən sənədlərin siyahısı, həmçinin dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün hansı hallarda tibbi göstərişin verildiyi barədə məlumat da əksini tapıb.
Emin
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










