Elvis Preslinin təyyarələri satışa çıxarıldı

Dünyaca məşhur musiqiçi və aktyor Elvis Presliyə aid olan "Liza Mari" və "Xaund Doq 2" adlı təyyarələr satışa çıxarılıb. Anspress-in məlumatına görə, "Liza Mari" təyyarəsi dörd mühərriklə təchiz edilib. Onun daxilində böyük çarpayı, qızıldan düzəldilmiş sanitariya texnikası, televizor və 52 dinamikdən hazırlanmış stereo dinamika quraşdırılıb. Təyyarənin quyruğunda Presliyə aid olan TCB (Taking Care of Business) ticarət markası əks edilib. Convair 880 markalı təyyarə 1960-cı ildə buraxılıb.
"Xaund II Doq" "Liza Mari"dən biraz balacadır və Elvis Presli üçün ehtiyat bort olaraq fəaliyyət göstərib. Hər bir halda hər iki təyyarə uçuşlar üçün nəzərdə tutulmayıb və əvvəlki kimi muzey eksponatları kimi qalacaq. 1977-ci ildə sənətçinin ölümündən sonra təyyarələrə sahib çıxan Key Ci Koker hələ ki, qiymət açıqlamayıb, amma ciddi təklif axtarışındadır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










