Ən çox sevilən avtomobillər hansılardır? - SİYAHI

Amerika Müştəri Məmnuniyyəti İndeksinin (American Customer Satisfaction Index - ACSI) avtomobil markaları ilə bağlı araşdırma aparıb. Lent.az-ın xəbərinə görə, araşdırmada yerli və xarici avtomobil istehsalçılarına duyulan müştəri məmnuniyyətinin 1,2 faizlik eniş göstərərək 82 faizlə gerilədiyi məlum olub. Ötən illə müqayisədə 21 avtomobil markasının 80 faizindən razı olmayanların sayının artdığı ortaya çıxıb. Acura 7 faizlik enişlə siyahıda sonuncu yeri, Cadillac isə 6 faizlik enişlə sondan beşinci yeri tutub. Araşdırmada avtomobil markalarından yalnız Chevrolet və Buickin müştəri məmnuniyyətinin artdığı vurğulanıb. ACSI avtomobil hesabatını, təsadüfi seçilən 4 min 360 müştəri arasında keçirdiyi sorğu əsasında hesablayıb. Araşdırmaya görə, Acura, Dodge, Jeep, Audi, Cadillac və Mazda ən sevilməyən avtomobillərdir. Mütəxəssislər, insanların bu məmnuniyyətsizliyinin səbəbini avtomobil şirkətlərinin müştərilərinə avtomobil almağın üstünlüklərini təqdim edə bilməməsində görür. Müştəri məmnuniyyətində 2 faizlik bir eniş yaşasa da, ən sevilən avtomobil markaları siyahısının zirvəsində Mersedes-Benz, ikinci sırada Subaru, üçüncü Lexus, dördüncü Volkswagen, beşinci sırada isə Buick qərarlaşıb. Mercedes-Benzin liderliyinin çaşdırıcı olmadığı, lüks avtomobil markasının təqdim etdiyi keyfiyyət və xidmət səbəbləri ilə siyahının başında olduğu bildirilir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










