“Ferrari“ ən güclü kabrioletini təqdim etdi

“Ferrari“ şirkəti yeni rodster “488 Spider”-in sirrini açıb. Avtosfer.az auto.az-a istinadən verdiyi məlumata görə, avtomobil faktiki olaraq “488 GTB” modelinin üstüaçıq versiyasıdır. Yeniliyin debütü 2015-ci ilin sentyabrında Frankfurtda açılacaq avtosalonda keçirilməlidir. Modelin satışı bu ilin sonlarında başlayacaq. Bu barədə İtaliya brendinin mətbuat xidməti xəbər verib.

Yenilik 3,9-litrlik iki turbokompressoru olan benzin V8 mühərriklə işləyir. Mühərrik 670 a.g. və 760 Nm verir. Beləliklə, “488 Spider” brendin model sırasında üstü açılan ən güclü sportkar oldu.

Model 7-pilləli sürət qutusu alıb. “Ferrari 488 GTB” ilk yüzlüyü 3 saniyəyə, 200 km/saatı isə 8,7 saniyəyə yığır. Superkarın maksimal sürəti 330 km/saatdır.
Avtomobil 11 müxtəlif alüminium qarışığından ibarət ramalı şassidən ibarətdir.

Onun damı 14 saniyəyə açılır. Sportkarın seriyalı versiyası çox güman ki, ətraflara nəzarət edən “Side Slip Control” elektron sistemi alacaq.

O, nəinki dartmaya və “E-Diff” elektron differensiala nəzarət edir, həm də fəal amortizatorları idarə edir.

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










