Fransadan Bakıya 151 avtobus gətiriləcək

Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “İveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətiriləcək. “APA-Economics”in “İveco bus” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "İveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb. Bütün avtobuslar Fransanın Annone şəhərində “İveco Bus” fabrikində hazırlanacaq və Burbon-Lansi şəhərində istehsal edilmiş “Iveco Cursor 8 CNG” mühərriki ilə təchiz ediləcək.
Qeyd edək ki, “Crealis” modelindən olan avtobuslar sərnişinlərin giriş-çıxışını asanlaşdırmaq, eləcə də fiziki imkanları məhdud olan insanların istifadəsini daha da rahatlaşdırmaq üçün alçaq səthi döşəmə ilə təchiz olunur. Şirkətin məlumatına görə, bu modeldən olan avtobuslar stexiometrik yanma prosesi ilə təchiz olunduğundan, “Iveco Cursor 8” mühərrikinin xüsusi filtr cihazına ehtiyacı yoxdur. Avtomobillərin mühərriklərinin texnologiyaları “Avro-4” standartlarına cavab verir. “İveco France" şirkətinin prezidenti Pyer Lahut bildirib ki, bu avtobuslar ekoloji təmiz avtomobillərdir: “Aparıcı Avropa istehsalçısı kimi bizim istehsal etdiyimiz 5 000 avtobus bütün Avropa boyu istismar olunur”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










