"Gəlin maşını" biznesi köhnəlir - Dəb dəyişib - VİDEO

Əvvəllər paytaxtın adətən hər addımında rast gəlinən kirayə gəlin maşınlarına indi çox az-az rast gəlinir. Bunu elə paytaxtdakı mənzərə də təsdiqləyir. Bəs bir zamanlar dəbə minən bahalı kirayə maşınlar indi niyə istifadəsiz qalıb?
Kirayə qiyməti 70 manatla 1000 manat arasında olan bəy-gəlin maşınları toylarda istifadə olunmaq əvəzinə reklam məqsədilə qoyulduqları yerdə qalıb. Bu avtomobillərə olan maraq son zamanlar hədsiz dərəcədə azalıb. Gəlin maşınlarına təlabatın azaldığını bu işlə məşğul olanlar da etiraf edir.
Məhərrəm ayından əvvəl toy mövsümünün çoxalması nəticəsində sifarişlər nisbətən artsa da ötən illərlə ümumi müqayisədə azalma qaçılmazdır. Adətən paytaxtın bir çox yerində sifariş üçün saxlanılan maşınların sayı da azalıb. Bunu elə paytaxt küçələrində apardığımız müşahidə də göstərir. Əgər belə getsə bir müddət sonra bu maşınlara demək olar ki, tələbat olmayacaq. Çünki insanların əksəriyyəti artıq bahalı xarici maşınlar əvəzinə ya klassik maşınlara, ya da adi avtomobillərə üstünlük verməyə başlayıblar. xəzərxəbər
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










