Gəncə avtomobil zavodunda kombayn istehsal edilə bilər

Gəncə Avtomobil Zavodu və "QomSelmaş" müəssisəsi ilə yeni müqavilə bağlanıb və bu müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq. APA-nın verdiyi məlumata görə, bu barədə açıqlamanı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Gəncəyə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, Belarus ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər planı hazırlanıb. “Gəncə ilə Belarusun Qomel şəhəri qardaş şəhərlərdir və bundan irəli gələrək bu iki şəhər arasında yeni iqtisadi layihələr müzakirə olunur. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də bu barədə müzakirə apardıq”, deyən diplomat qeyd edib ki, hazırda Belarus ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində hər iki ölkə prezidentləri arasında keçirilən son görüşdə razılıq əldə olunub və planlar var.
“Gəncə Avtomobil Zavodu ilə sıx əlaqələr qurulub. Bura gəlməzdən öncə mən zavod rəhbərliyi ilə görüşdüm və məhsulların sayının artırılması, yeni məhsulların hazırlanması istiqamətində geniş fikir mübadiləsi apardıq”.
Səfir bildirib ki, Gəncə Avtomobil Zavodu və "QomSelmaş" müəssisəsi ilə yeni müqavilə bağlanıb və bu müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq. N. Patskeviç nümunə üçün 3 ədəd kombaynın Gəncəyə gətirildiyini və sahələrdə sınaqdan keçirildiyini bildirib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur













