Gəncə sakini qeyri-adi formalı avtomobil yığıb - VİDEO

Gəncə sakini qeyri-adi formalı avtomobil yığıb. Müxtəlif markalı minik və yük maşınlarının ehtiyat hissələrindən yığılan bu avtomobil sahibinə gəlir də gətirir. Mühərriki və sürət qutusu "VAZ 2106"nın, şassisi Moskviçin, təkərləri "QAZ 24"-ün, güzgüləri isə yük avtomobilinindir.
Əsas işi fotoqraflıq olan Gəncə sakini Şəmistan Zeynalov bu qeyri-adi avtomobili müxtəlif maşınların ehtiyat hissələrindən yığıb. Bir müddət avtomobil zavodunda işləyən Şəmistan Zeynalov orada öyrəndiklərindən də yetərincə bəhrələnib. Avtomobilin ban hissəsi isə adi metal lövhələrdən yığıb. Fərqli dizayna malik olan bu avtomobilə maraq göstərənlər də çoxdur.
Qeyri-adi görünüşə malik avtomobil əsasən sovet istehsalı olan minik maşınlarının hissələrindən istifadə edilməklə yığılıb. Sahibi ondan müxtəlif təyinatlar üçün istifadə etməyi planlaşdırsa da, sifarişlər əsasən sünnət toyları üçün olur
Avtomobilin tərtibatı və salonu bu tələbata uyğun dizayn edilib.Avtomobilin çölündə quraşdırılan fişənglər də salondan işə salınır.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










