Gömrük qeydiyyatı olmayan “ikinci əl” maşınlar hərraca çıxarıldı – VİDEO + FOTO

Noyabr 13-də saat 11:00-də ABŞ-ın Azərbaycandakı səfirliyində işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirilib. Musavat.com-un əməkdaşı göstərilən ünvanda olub. Saat 9:00-dan 11:00-a qədər avtomobillərə baxış oldu. Auksionda 9 avtomobil satışa çıxarılmışdı. Satış üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən olunmuşdu. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməli idi. Alınan maşınların dəyəri isə dərhal nağd pulla ödənilməli idi.
Təşkilatçılar bizə çəkilişin mümkün olmadığını bildirdilər. Ona görə də, gizli çəkiliş aparmalı olduq. Auksiona təxminən 70-80 nəfər insan gəlmişdi.
Auksionun keçirildiyi ünvan səliqəsiz uçuq-sökük bir yer idi. Açılışa ingilis və rus dilini bilən bir şəxs başladı. Bəzi şəxslər iki avtomobil aldılar. Alıcılar arasında əcnəbilər də var idi.
Auksionun iştirakçıları arasında təşkilatçılarla bağlı “Öz adamlarına satırlar” söhbəti dolaşırdı. Onlar həmçinin əcnəbilərə güzəştə gedilməsindən də şikayətçi idilər.
Auksiondan sonra danışdırdığımız bir iştirakçı qadın maşınların gömrük qeydiyyatının olmamasından şikayətləndi: “Rastamojka” problemi olmasaydı, mən qazanmışdım. 12-13 min “rastamojka”ya verməkdənsə, yeni maşın alaram, daha “ikinci əl” maşını yox...”










Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...








