“Google” avtomobil istehsalından imtina edir

“Google” korporasiyasının özü özünü idarə edən avtomobillərə böyük marağının olmasına baxmayaraq, İT nəhənginin avtomobil istehsalı ilə məşğul olmağa həvəsi yoxdur. İKT.lent.az-ın “3dnews.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Frankfurtda keçirilən avtomobil sərgisi zamanı “Google” korporasiyasının Almaniya, Avstriya və İsveçrə üzrə icraçı direktoru Filipp Yustus deyib. O, şirkətin gələcək planları ilə bağlı spekulyasiyaya son qoymaq üçün bildirib ki, “Google” avtomobil istehsalçıları ilə əməkdaşlıqda maraqlıdır, lakin onlara rəqib olmaq niyyətində deyil.
Şirkət həqiqətən də hazırda böyük sayda avtomobil istehsal etmək imkanında deyil. Lakin bu, şirkətin avtomobil biznesində iştirakına mane ola bilməz. “Google” avtomobillərin satışı və onların sonrakı təminatı ilə məşğul olmaq imkanındadır. Bununla belə, artıq bir çox avtomobil istehsalçıları özlərinin avtonom idarəetmə texnologiyaları üzərində işləyirlər və tanış olmayan texnologiyalar naminə (hətta bu texnologiyalar “Google” tərəfindən yaradılsa da) bundan imtina etməyə razılıq verməyəcəklər. Bu məsələdə “Google” həqiqətən bu şirkətlər üçün potensial tərəfdaşdan çox rəqib olacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










