Gürcüstandan Azərbaycana avtomobil ixracı 5 dəfə azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 45 mln. 966,3 min dollar dəyərində 2 519 ədəd minik avtomobili ixrac olunub. Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 337 ədəd avtomobil və ya 5,10 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,63 dəfə azalıb.
Qeyd edək ki, bu 7 altı ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 30,32% təşkil edib. Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 41,45%-ni təşkil edib. Bu ilin yanvar-iyul ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 11,94% təşkil edib.
Bu ilin yanvar-iyul ayında Gürcüstandan Azərbaycana 151 559,8 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 2,22 dəfə azdır.
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












