Gürcüstandan maşın idxalı azalıb - SƏBƏB?

2015-ci ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 1737 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8 dəfə azdır. Avtosfer.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-cü ilin ilk 4 ayın yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir. Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 32,8 milyon dollar olan avtomobillər ixrac edilib.
Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 36,6 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 45,1 faiz təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3 dəfə (dəyər baxımından), say nisbətində isə 8330 ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 97,69 milyon dollar həcmində 10067 avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.
2015-cü ilin yanvar-aprel aylarında Gürcüstan ixracatının 13 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 89,6 milyon dollar dəyərində məhsul ixrac edilib. Azərbaycana ixracat ötən ilin analoji dövrünə nisbətən 2,1 dəfə azalıb. Müqayisə üçün: ötən ilin ilk 4 ayında Azərbaycana 188,45 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











