Gürcüstanın avtomobil bazarı satışa çıxarıldı

Gürcüstanın avtomobil bazarı satışa çıxarılıb. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Ukraynanın “Privat” Maliyyə-Sənaye Qrupu obyektdəki payını hərraca çıxarıb. Rustavi şəhərində yerləşən bazarın ilkin qiyməti 30 mln. dollardır. Hərrac iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, satışa çıxarılan “Autopapa Rustavi avtomobil bazarı” şirkətinə “Mikado-Gürcüstan” ASC (torpaq sahəsi və bir neçə bina), “Rustavi avtomobil bazarı” ASC (kommersiya obyekti və onu idarə edən şirkət), “Rustavi-terminal plyus” ASC (gömrük zonasının əməliyyat idarəçiliyi), “Rustavi-komfort” ASC (mehmanxana və iaşə obyektləri) və autopapa.ge internet portalı daxildir. Şirkətin baş direktoru Yevgeni Ustinov “Kommersant”a açıqlamasında Kiyevdəki menecerlər tərəfindən belə qərarın qəbul edilməsinin səbəblərindən məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda avtomobil bazarına maraq göstərən 3 şirkətlə danışıqlar aparılır. “Biz bütün mümkün variantları - istər şirkətin payının, istər də obyektin tam satışını nəzərdən keçiririk”.
Qeyd edək ki, “Privat” Maliyyə-Sənaye Qrupu ukraynalı milyarderlər İqor Kolomoyski və Gennadi Boqolyubova məxsusdur.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










