Güzəşt qüvvəyə mindi, amma hibridlər bahalaşır? - Ekspertdən AÇIQLAMA
Avtobazar
6 Yanvar 2022 08:01

Yanvar ayının 1-dən Azərbaycanda son üç ilin istehsalı olan və mühərrik gücü 2500 kub santimetrə qədər hibrid avtomobillər əlavə dəyər vergisindən azaddır. Bu, hibrid avtomobillərin bahalaşması deyil, əksinə, son üç ildə istehsal olunan yeni hibrid maşınların ən azı 10-12 min manat ucuzlaşması deməkdir. Köhnə, yəni üç il əvvəl istehsal olunan hibrid maşınların mühərrikinin həcmi aşağıdırsa, onların da qiyməti artmır, əvvəlki şəkildə qalır. Bu sözləri axar.az-a nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlı son 3 ildə istehsal olunan hibrid avtomobillərin vergidən azad edilməsi, köhnələrin isə ƏDV-dən azad edilməməsi səbəbindən bahalaşması barədə yayılan məlumatları şərh edərkən deyib. “Baxın, 12-13 min manata olan hibrid avtomobillər köhnə və qəzalı olurlar. Onları 2-3 il istismar edirlər və sonra hansısa bir detalı xarab olur. Həmin detalı tapmaq üçün isə nə qədər vaxt gedir. Ona görə də mümkün qədər yeni hibrid avtomobillərə üstünlük vermək lazımdır.
Elektromobillər isə həm ölkəyə gətirilərkən, həm də ölkədə satışı zamanı əlavə dəyər vergisindən azad olunur. Bu da öz-özlüyündə müsbət bir haldır. Əsas məqsəd beynəlxalq birliklərin, xüsusilə də BMT və ÜST tərəfindən dünyada ekoloji tarazlığın, ətraf mühitin qorunması üçün edilən müraciətin Azərbaycanın da dəyərləndirmiş olmasıdır”, - deyə mütəxəssis bildirib.
E.Muradlı qeyd edib ki, Bakıda ətraf mühitin çirklənməsinin 80%-i avtomobillərin üzərində düşür: “Biz avtomobilləri elektromobil və ya hibrid avtomobillərlə əvəz etdikdə, çirklənmə təxminən 30-40% azalacaq. Böyük dövlətlər bunun üçün elektromobillərin qiymətlərini azaldır, ictimai nəqliyyatı pulsuz edir. Məqsəd ekoloji mühiti qorumaqdır. Bu proses dünya səviyyəsində gedir. Zamanı gəldikdə artıq bizdə də tam olaraq elektromobillərə keçid ediləcək. Hibrid avtomobillər bizim üçün sadəcə bir tramplindir. Sadəcə bu gün qiymətlər bahadır. Azərbaycanda elektromobilin infrastrukturu yoxdur, ustası, servis xidməti, elektrik doldurma məntəqəsi tam deyil. Buna görə də onların ölkəyə gətirilmə prosesi ləng gedir”.
Oxunub : 2880
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ










