Hansı sənət adamları «AA» seriyalı maşın sürür?

Ərşad Hüseynov: «Avtomobillərə hansi seriya ilə nömrə verilməsi ilə bağli məsələ bir qədər mübahisəlidir»
Respublikamızda avtomobillərə dövlət nömrə nişanlarının verilməsində problemlərin olduğu dəfələrlə vurğulanıb. Bir çox hallarda adi vətəndaşlar «AA», «AS» və sair seriyalı avtomobillər idarə edirlər. Hətta bir neçə gün öncə hava limanına gedən yolda avtoxuliqanlıq edənlərdən birinin də idarə etdiyi avtomobil «AZ» seriyalı idi. Bu günlərdə isə Avtosfer.az saytı bəzi tanınmış teleaparıcıların, sənət adamlarının bahalı avtomobillərinin «AA» seriyalı nömrə nişanla idarə etməsi barədə məlumat əldə edib. Maraqlıdır, istənilən şəxs avtomobilinə bu seriyalı dövlət nömrə nişanı ala bilərmi və bu məsələ necə tənzimlənir?
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, avtomobillərə hansı seriya ilə nömrə verilməsi ilə bağlı məsələ bir qədər mübahisəlidir: «Yol hərəkəti haqqında» qanunda bununla bağlı hər hansı prosedur nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin «Nəqliyyat vasitələrinə dövlət nömrə nişanının verilməsi ilə bağlı qərarı»nda da bununla bağlı heç nə yoxdur. Daxili İşlər Nazirliyinin müvafiq təlimatında da avtomobillərə verilən dövlət qeydiyyat nişanlarının seriyası ilə bağlı məsələ əksini tapmayıb. Amma hər kəs bilir ki, «AA», «AS», «AZ» və sair «A» ilə başlayan digər nömrələr dövlət orqanlarına verilir. Yəqin ki, bu Daxili İşlər Nazirliyində daxili əmrlə tənzimlənir. Həmçinin, hüququ şəxslər də belə nömrələr ala bilər. Yəni qanun dövlət orqanları tərəfindən nə bu serya ilə dövlət nömrə nişanı alınmasını, nə də alınmamasını qadağan etmir».
Baş Dövlət Yol Polisi İdarəsinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, «A»seryası ilə başlayan dövlət nömrə nişanlarını ancaq hüquqi şəxslər ala bilər: «Bu qaydalar «Nəqliyyat vasitələrinin qeydiyyata alınması» ilə bağlı təlimatla tənzimlənir. İstənilən hüquqi şəxs həmin təlimata uyğun olaraq bu seriyalı nömrə ala bilər. Əgər dövlət nömrə nişanı başqa avtomobilə daha öncə verilməyibsə, istənilən hüquqi şəxs onu ala bilər».
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











