Budəfəki hərracda 34 nəqliyyat vasitəsi özəlləşdirildi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə sahəsində elektron xidmətlərin tətbiqi, hərracları internet vasitəsilə onlayn izləmək imkanının yaradılması investorların prosesə olan marağını artırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Bİldirilir ki, xidmət tərəfindən 16 noyabrda keçirilən növbəti hərracda 34 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 211 sifariş qəbul olunub, bunun 21-i elektron qaydada həyata keçirilib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib.
İlkin start qiyməti 10 000 manat olan “Toyota Land Cruiser” markalı avtomobil üçün təkliflər ard-arda səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 27 500 manata özəlləşdirilib. Hərracı rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi “Temsa Prestij Super delux” olub. İlkin start qiyməti 17 000 manata olan həmin avtomobil ən son 35 000 manata sahibini tapıb. Satılmış bütün nəqliyyat vasitələrindən 316 740 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)
Qeyd edək ki, cari ilin 10 ayında 51 hərrac keçirilib və 205 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si səhmdar cəmiyyəti, 152-si nəqliyyat vasitəsi, 3-ü isə yarımçıq tikilidir.
Qeyd edək ki, 23 noyabr tarixində keçiriləcək növbəti hərraca 18 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 54 nəqliyyat vasitəsi çıxarılıb.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
![]()
![]()
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək












