Hərracda avtomobillər 760 manatdan başlayan qiymətlə satıldı - FOTO

Oktyabrın 26-da təşkil olunan hərracda 10 dövlət əmlakı özəlləşdirilib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, bunlardan 7-si nəqliyyat vasitəsi, 3-ü isə kiçik dövlət müəssisəsidir. Kiçik dövlət müəssisələri İmişli və Yevlax rayonlarında yerləşir.
Bildirək ki, hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti 760 manatdan başlayıb və 7200 manat qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 760 manatdan öz sahibini tapıb.
Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 750 manatdan başlayıb və 4500 manata qədər olub.
Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










