Reklam

"Hibrid" avtomobillərə dair qanun köhnə maşınlara necə təsir edəcək? - VİDEO

Avtobazar 4 Yanvar 2022 09:12 Oxunub 950
"Hibrid" avtomobillərə dair qanun  köhnə maşınlara necə təsir edəcək? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil sahəsinə aid təklif olunan rüsumların maşın bazarında qymətlərə hansı formada təsir göstərəcəyi son günlərin əsas müzakirə mövzuları sırasında yer alır.

Xatırladaq ki, minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumları müəyyənləşib. Bununla bağlı "Dövlət Rüsumu Haqqında" Qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat; 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat; 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilib. Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir. Bu vəziyyətdə hibrid maşınların nisbətən ucuz olması və onlara daha böyük maraq yaranması gözlənilir ki, bu da köhnə nəqliyyat vasitələrinin idxalını azaldacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh