“Hyundai”da 100 min manat mənimsəyən məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hyundai Badamdar” MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Vüqar Musayev 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırıb. O, cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəyib. Vüqar Musayev Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ifadə verən Vüqar Musayev ittiham üzrə özünü təqsirli bilib.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










