İcra başçısı hara, avtomobil alveri hara? - RƏSMİ

Sabunçu rayonu İcra Hakimiyəti Modern.az saytında yer alan “Bakıda icra başçılarının sahib olduqları restoranlar, ticarət obyektləri, tikinti şirkətləri – Sabunçu” başlıqlı məqaləsinə cavab verib. Saytın suallarını icra başçısına çatdırmaqdan imtina edən köməkçi Müslüm Mahmudov yalnıız yazı dərc olunduqdan sonra açıqlama vermək qərarına gəlib. Eyni zamanda yazılanların reallığı əks etdirdiyini bildirib. Biz də obyektivlik naminə həmin açıqlamanı tədim edirik: “Doğrudur Adil Vəliyev icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma məqalədə qeyd etdiyiniz kimi o, Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev “Sarı gəlin “şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur”.
Müslüm Mahmudov avtomobillərlə bağlı məqamın da reallığı əks etdirdiyini vurğulayıb: “Bəli, Adil müəllim “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil”.
Adil Vəliyevin Sabunçu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binalarının olduğu barədə məsələyə isə aydınlıq gətirilməyib.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










