İnternetdən avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ - Sizi də bu üsulla aldada bilərlər - VİDEO

İnternetdə maşın satmaq adı ilə insanları aldadıb pulunu alan, sonra isə yoxa çıxan dələduzlar yenə iş başındadır. Bu dəfə onların qurbanı olan Göygöl sakininin 1900 manat pulu mənimsənilib. Vüqar Alıyev 4 aydır ki, onu aldadanı tapa və pulunu geri ala bilmir.
Uzun müddətdir işlədiyi işindən çıxdı, maşın alıb taksi fəaliyyəti göstərmək fikrinə düşdü. İnternetdə gördüyü maşın elanının izi ilə əlaqəyə girdiyi şəxs isə onun inamından sui istifadə edib pulunu mənimsədi. Hadisə Göygöl sakini Vüqar Alıyevin başına gəlib. Güya maşını satan şəxs əvvəlcə ona Oğuza gəl deyib, sonra isə kartına pul yüklətdirib.
Elə həmin vaxt telefon söndürüləndən sonra Vüqar bir də pul göndərdiyi şəxslə əlaqəyə girə bilməyib. Onu Oğuz rayon xəstəxanasında axtarıb, sonra yerli polisə müraciət edib. Asayiş keçikçiləri kart məlumatları əsasında dələduzun kimliyini müəyyən edə biliblər.
Məsləhətə əsasən Yevlax Polis Şöbəsinə müraciət edən zərərçəkən 4 aydır ki, xəbər gözləyir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










