Banner

Köhnə maşın sahiblərinə müjdə; köhnəni təzəyə dəyişmək mümkün olacaq

Avtobazar 9 Aprel 2014 00:00 Oxunub 4230
Köhnə maşın sahiblərinə müjdə; köhnəni təzəyə dəyişmək mümkün olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda “Avro-4” standartına keçidlə əlaqədar olaraq ölkədə istismar olunan köhnə avtomobillərin məhv edilməsi, onların sahiblərinin isə yerli istehsal olan yeni avtomobillərlə təmin olunması imkanlarını nəzərdən keçirilir. Bu barədə Space TV-yə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, hələlik avro-4 standartları yalnız ölkəyə gətirilən avtomobillərə aiddir. Azərbaycanda hazırda istismarda olan avtomobillərə isə bu şamil olunmayacaq: "Səbəbi odur ki, hazırda ölkədə, xüsusilə də əyalətlərdə  20-30 ilin avtomobillərindən istifadə olunur. Bəzən bundan sadəcə təsərrüfatı məqsədləri üçün, hətta odun daşımaq üçün  istifadə edirlər. Biz onlara qadağa qoymaqla onların sosial rifaflarına təsir edə və müəyyən çətinliklər yarada bilərik".

Amma gələcəkdə qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da köhnə avtomobillərin məhv edilməsi təcrübəsi tətbiq oluna bilər: "Qeyd edək ki, bir sıra ölkələrdə belə avtomobilləri dövriyyədən çıxarmaq üçün dövlət tərəfindən müxtəlif proqramlar reallaşdırılır. Hətta müxtəlif kompensasiyalar verilir. Yəqin ki, gələcəkdə bizdə də bu məsələlər nəzərdən keçiriləcək".

Bəzi ölkələr bu prosesdən yerli avtomobil istehsalını artıqmaq üçün istifadə ediblər: "Məsələn, Rusiyada yerli istehsal olduğuna görə, onlar bu prosesdən həm də yerli avtomobillərin satışının artırılması üçün istifadə ediblər. orada kompensasiya o şərtoə verilirdi ki, həmin pull yerli istehsal olunan avtomobil alınsın".

Xarici təcrübəyə uyğun olaraq Azərbaycanda da məhv edilən avtomobillərin sahiblərinə kompensasiya verilər və ya yeni avtomobil almaq üçün imkanlar yaradıla bilər: "Bu təkcə bizim komitənin səlahiyyətində deyil - kompleks şəkildə həll olunmalıdır. Və burada vəziyyət müxtəlif dövlət qurumlarının hazırladığı təkliflərdən asılı olacaq. Onu demək istəyirəm ki, hazırda bununla bağlı müzakirələr aparılır və gələcəkdə yəqin ki, bu məsələyə toxunacağıq".

Yeri gəlmişkən, Azərbaycanda bu üsul tətbiq edilsə, yerli istehsal kimi, Naxçıvandakı Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi  maşınlardan istifadə oluna bilər. Burada istehsal edilən “Lifan” markalı avtomobillər “Avro-4” standartına uyğundur. Zavodda buraxılan ən ucuz model "Lifan 320"dir - qiyməti 9050 manat. Hələlik birnövbəli rejimdə çalışan NAZ-da ildə 5 min avtomobil buraxıla bilər. Zavoddan verilən məluata görə, tələbat olarsa ikinövbəli rejimə keçilməsi, illik istehsalın həcminin 10 min avtomobilə çatdırılması mümkündür.

Qeyd edək ki, hazırda ölkədə istismar müddəti başa çatmış bir neçə yüz min avtomobil istifadə olunur. Rəsmi rəqəmlərə əsasən də, hazırda ölkənin ümumu avtomobil parkı 1 245 min avtomobil təşkil etdiyi halda, icbari sığrta müqavilələri bağlanmış avtomobillərin sayı 700 mindən də azdır. Bu rəqəmlərdəki fərqin əsas səbəbi də məhz regionlarda, xüsusilə də ucqar ərazilərdə istifadə olunan avtomobillərin və ya ümumiyyətlə istifadə olunmayan avtomobillərdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

mazqadyor 10 Noyabr 2014 22:55
qaqa 90-ci ilin Galenwageni 2014 model Lifana hansi xeste deyiser