"Lamborghini Aventador" yeni versiya aldı - FOTO

Ən güclü rodster “Lamborghini Aventador SuperVeloce”-un dizaynının sirri təqdimatdan əvvəl açılıb. Avtosfer.az "auto.az"-a istinadən verdiyi məlumata görə, kompyuterdə hazırlanmış təsvir məşhur avtomobil fotoqrafı Cordan Şiraki tərəfindən internetdə yerləşdirilib.
“LP750-4” indeksi almış avtomobilin rəsmi təqdimatı 2015-ci ilin sentyabrında Fransfurt avtosalonunda keçiriləcək. Lakin “Lamborghini” artıq sifarişləri qəbul etməyə başlayıb. Şirkət cəmi 500 rodster istehsal etməyi planlaşdırır.
Yeniliyin dizaynı kupe “Aventador SuperVeloce”-u xatırladır. Avtomobil çəkisi 5,8 kq olan çıxarıla bilən karbon dam alıb. Rodsteri 6,5-litrlik benzin mühərriklə təchiz ediblər. O, 750 a.g. və 690 Nm fırlanma anı verir. Mühərrik 7-pilləli ISR sürət qutusu ilə birgə işləyəcək. Yenilik 100 km/saata 2,8 saniyəyə sürətlənə biləcək, maksimal sürət isə 350 km/saat olacaq.
Xatırladaq ki, “Lamborghini” şirkəti mart ayında sportkar “Aventador”-un təkmilləşdirilmiş versiyasını təqdim etmişdi. Yenilik “SV” (SuperVeloce) əlavəsi almışdı. Şirkətdən modeli “bu vaxta qədər hazırladığımız ən güclü avtomobil” kimi xarakterizə etmişdilər.


BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










