Maşın bazarı niyə çökdü? - Gömrük zərbəsi

Azərbaycanda avtomobil satışında ciddi azalma müşahidə olunur. Gürcüstanın Milli Statistika Komitəsi bir müddət əvvəl Azərbaycana ixrac olunan avtomobillərin sayının təxminən 5 dəfə azaldığını açıqlamışdı. Avtosfer.az azadliq.info-ya istinadən xəbər verir ki, Gürcüstandan avtomobil gətirənlər azalmanın səbəbini belə izah edirlər ki, Azərbaycanda əsasən ucuz maşınlara tələbat var, amma hökumətin qəbul etdiyi qaydalara görə, 2001-ci ildən əvvəlin istehsalı olan maşınların ölkəyə idxalına icazə verilmir. Həmçinin gömrükdə alınan məbləğ də çoxdur. Bütün bunlarla yanaşı, əsas səbəblərdən biri də Azərbaycanda son dövrlərdə əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bazarın bu seqmenti passiv bir dönəm yaşayır. Təşkilat rəhbəri buna ciddi səbəb kimi, manatın dollar qarşısında dəyər itirməsini göstərir. Həmçinin qeyd edir ki, avtomobil bazarında maşınların baha olması gömrükdəki ciddi maneələrin nəticəsidir: “Məsələn, 30 min manatlıq avtomobil daha ucuz sənədləşdirilir və əvəzində, maşını gətirəndən pul tələb olunur. Ölkədə belə ciddi problemlər var. Əhalinin alıcılıq qabiliyyəti maşınların qiymətinə adekvat deyil. Ona görə də belə problemlər yaranır. Bütün bunlar isə bir müddətdən sonra yollarda daha köhnə maşınların peyda olmasına səbəb olacaq”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










