"McLaren"-dən yeni rodster - FOTO

Britaniyanın "McLaren" şirkəti rəsmi olaraq yeni rodster təqdim edib. O, kupe "675LT"-nin bazasında yığılıb. Əvvəlki modeldən onun fərqi yığılan damda və bir sıra kosmetik dəyişiklikdən ibarətdir. Avtomobil yeni qabaq splitter, yan ətəklər, nadir ultra-yüngül döymə disklər, xüsusi "P Zero Trofeo R" şinləri alıb. Düzdür, onun kupedən əsas fərqi yığılan damdır. Bu dam 30 km/saat sürətdə açılıb-bağlana bilər. Salonda da bəzi kosmetik dəyişikliklər var. Ümumilikdə, avtomobilin çəkisi 16 kq artıb. Məhsuldarlığa bir sıra yeniliklər əldə etmiş 3,8-litrlik V8 tvin-turbo mühərriki cavabdehdir. Avtomobil 675 a.g. və 700 Nm fırlanma anına malikdir - "650S" bazasında olan rodsterdən 25 a.g. və 22 Nm daha çox. Mühəndislər, həmçinin asılqan üzərində də çalışıblar və onu da sərt ediblər. Britaniya şirkəti 500 ədəd "McLaren 675LT Spider" istehsal edəcək. Qiymət isə 285 450 funt sterlinqdən başlayacaq.
auto.az
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










