Məmurlara xarici avtomobillər almaq yasaqlandı

Rusiyanın baş naziri Dmitri Medvedev dövlətin xarici ölkələrdə istehsal olunan avtomobillərin alınmasını yasaqlayan qərarı imzalayıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Medvedev bildirib ki, bu tədbir bazarda tarazlığın yaranmasına yardım edəcək. “Qərar yalnız vəzifəli şəxslər, məmurlara aid deyil, bu sənəd ictimai nəqliyyat, ekstremal xidmət, büdcə təşkilatlarına, o cümlədə kommunal təsərrüfatı, inşaat, habelə bir sıra sahələrə şamil edilir”-deyə,o, vurğulayıb. Mənbə bildirib ki, müxalifət və blogerlər dövlət büdcəsi hesabına məmurların xaricdə istehsal olunan bahalı avtomobillərə minməsini dəfələrlə tənqid ediblər. Bundan başqa dövlət məmurları üçün avtomobillərin qiymətinə məhdudiyyətin qoyulması məsələsi də ölkədə geniş şəkildə müzakirə edilib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










