Reklam

Milyonluq avtomobillər müştəri qıtlığı yaşamır; satış artıb - FOTOLAR

Avtobazar 23 Yanvar 2022 14:28 Oxunub 1594
Milyonluq avtomobillər müştəri qıtlığı yaşamır; satış artıb - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünya avtomobil sənayesinin böhran keçirdiyi 2021-ci ili lüks avtomobil istehsalçıları artımla başa vurublar. Avtosfer.az-ın İsveçrənin “Le Matin” saytına istinadla xəbərinə görə, “Rolls Royce” ötən il 5 586 avtomobil satıb. Bu, firmanın tarixində ən yüksək göstəricidir. Şirkətin ən çox satılan “Ghost” modelinin dəyəri 300 000 avrodan yuxarıdır.


Digər britaniyalı istehsalçı, “Bentley” 2021-ci ildə 14 659 avtomobillə rekordu təzələyib. Bu avtomobilin ən çox satılan modeli “Bentayga”nın Avropada qiyməti 200 min avrodan çoxdur.
Lüks avtomobillərin istehsalı ilə məşğul olan İtaliya şirkətləri də ciddi mənfəət əldə edə bilib.

“Lamborghini” ötən il dünyada 8 405 avtomobil sata bilib. Ən çox tələbin olduğu Urus modelinin Avropada qiyməti 200 min avrodan çoxdur. 


Hiperlüks avtomobillərə gəlincə. Fransanın “Bugatti” şirkəti ötən il 150 sifariş alıb. Elzaslı istehsalçının təqdim etdiyi “Chiron” modelinin qiyməti 3 milyon avrodan yuxarıdır. 
Lüks avtomobillərə marağın artmasını “Rolls Royce”un icraçı direktoru Torsten Müller Otvos belə izah edir: “Müştərilərimiz etiraf edirlər ki, koronavirus pandemiyası başladıqdan sonra sabah ölə biləcəklərini düşünməyə başlayıblar. Buna görə də həyatı elə bu gün dəyərləndirmək istəyirlər”.

Ötən il “BMW” şirkəti 2.2 milyon avtomobil sataraq rekorda imza atsa da, onun başlıca rəqibi olan Daimlerin satışları 5% azalıb. Lakin “Maybach” və “AMG” modellərinə tələbat artıb. 
Standart avtomobillərə gəlincə, dünyada ötən il detal qıtlığına görə istehsal təxminən 8 milyon ədəd azalıb.
Ekspertrlər bu vəziyyəti sadə iqtisadi qanunla izah edirlər: ehtiyat hissələri bahalaşdığı üçün aşağı büdcəli modellərin istehsalçıları detal almaqda çətinlik çəkirlər. Lüks avtomobillər üçünsə belə bir problem yoxdur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh