Minik maşını istehsalında kəskin azalma

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 156 ədəd minik, 130 ədəd yük avtomobili istehsal olunub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtobili istehsalında 78% azalma, yük avtomobilində isə əksinə, 23,8% artım müşahidə olunub. Hesabat dövründə traktor istehsalı da 33,1% azalaraq 295 ədədə düşüb.
Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin ilk dörd ayı ərzində ölkəyə 12 890 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalma deməkdir. Hesabata əsasən cari ildə ölkəyə gətirilən avtomobillərin 11 740 ədədini əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 645 ədədini yük daşımaq üçün motorlu nəqliyyat vasitələri təşkil edib.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










