«Mitsubishi»nin mənası; ləyaqət, məsuliyyət, şəffaflıq

«Mitsubishi» avtomobil markasının da çox zəngin tarixi və onun loqosunun maraqlı mənası var. Bu şirkətin yaradılması 19-cu yüzilliyə gedib çıxır. Avtosfer.az-ın məlumatına görə, şirkətin yaradıcısı Yataro İvasaki olub. O, Tosa ailəsinə (klanına) məxsus gəmiçilik şirkətini alaraq, 1873-cü ildə onu “Mitsubishi” adlandırıb. “Mitsubishi” sözü yaponca “mitsu” (“üç” deməkdir) və «hishi» (“su şabalıdı” deməkdir: yaponlar romb şəkilli almazı belə adlandırırlar) sözlərinin birləşməsidir («hishi» yapon dilində «bishi» kimi tələffüz olunur).
«Mitsubishi»nin şəkildə gördüyünüz loqosu isə şirkətin yaradıcısı olan Yataro İvasakinin öz ailəsinin (klanının) və Tosa ailəsinin (klanının) ailəvi gerblərinin kombinasiyasından yaranmışdır. İvasaki ailəsinin gerbi üç romb, Tosa ailəsinin gerbi isə bir nöqtədən müxtəlif istiqamətlərə çıxan üç palıd yarpağından ibarət idi. Mitsubishinin şəkildə gördüyününz loqorsu 1875-ci ildə yaradılıb və demək olar ki, dəyişikliyə məruz qalmayıb. Loqo özündə üç prinsipi ifadə edir: ləyaqət; cəmiyyət qarşısında məsuliyyət; beynəlxalq əməkdaşlıqda şəffaflıq.
«Mitsubishi» şirkəti avtomobil istehsalına 1917-ci ildə başlamışdır. Həmin vaxt bu nəhəng biznes qurumuna sahiblik edən Kayota İvasaki şirkətin tərkibində “Mitsubishi Motors” adı altında avtomobil konsernini yaradaraq avtomobil istehsalına başlayıb.
Hazırda «Mitsubishi» nəhəng transmilli şirkətdir. Bu şirkət təkcə dünyada məşhur olan avtomobillərin deyil, həm də gəmilərin, müxtəlif elektrotexnikanın istehsalı ilə məşğuldur. Bu şirkətin metallurgiya, neft-kimya, sellüloz-kağız sənayesində, tikintidə və iqtisadiyyatın başqa sahələrində də böyük səriştəsi var.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











