Naxçıvan Belarusa bu maşınlardan satır - FOTO

Hazırda Naxçıvan Avtomobil Zavodunda 9 modeldə avtomobil istehsal olunur. Bu avtomobillərə muxtar respublika ilə yanaşı, ölkəmizin digər bölgələrində də tələbat artmaqdadır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial qayğıya ehtiyacı olan insanlara və veteranlara “NAZ-Lifan LF-320” model avtomobillərin verilməsi “NAZ-Lifan” brendinə olan marağın və etibarın daha bir göstəricisidir. 2011-ci ildən bu günədək bu məqsədlə 2397 ədəd avtomobil istehsal olunaraq təhvil verilib. Bu ilin sonuna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün daha 400 avtomobilin istehsalı nəzərdə tutulub.
Texniki göstəricilərinə və dizaynına görə seçilən bu avtomobillər daxili bazarda xüsusi yer tutmaqla bərabər, xarici bazarda da özünə müştəri tapıb. Artıq bu ildən başlayaraq “NAZ-Lifan LF-330”, “LF-720” və “X-60” modelləri Belarus Respublikasına ixrac olunur.
Qeyd edək ki, 2010-cu ildə 37 nəfərlə fəaliyyətə başlayan zavodda hazırda 65 mütəxəssis çalışır.
Emin
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO














