Naxçıvanda «QAZ-69»-un üzərində «Nissan» yığdılar - FOTO

Naxçıvan Muxtar Respublikasında qeyri-adi avtomobil yığılıb. Bu barədə Avtofer.az saytına avtomobili yığan usta, Culfa rayon sakini Abbas Culfalı özü məlumat verib. O bildirib ki, avtomobili 2006-cı ildə öz həyətində yığıb: «QAZ-69-un üzərində yığılıb, mühərriki isə «Nissan»dır. Avtomobil «veduşidir», yəni, 4-ü də çəkir. Benzinlə işləyir. Avtomobil hal-hazırda Ordubaddadır. Onu Ordubadın Anabad kəndinin sakini olan Kamil adlı vətəndaşın sifarişilə yığmışam. Bu işi tək gördüm, 3 ay ərzində bütün detalları yığıb avtomobili bu vəziyyətə gətirdim. Mühərrikin gücü 2.4-dür. Özü də minik avtomobilidir».
Abbas Culfalı yığdığı avtomobilə «Naxçıvan» adı verib. Yeni dizaynda, tam başqa formada hazırlanan bu avtomobilə Azərbaycan Texniki Universiteti tərəfindən baxış keçirilib və müsbət rəy verilib: «Maşın senzuradan keçdi. Çunki oxlararası məsafə, yerdən hündürlük, avtomobilin eni, hündürlüyü, uzunluğu, maşının tormoz məsafəsi, bir sözlə, hər şey yüksək göstəricilərə malik idi. Yol polisinin də bu maşının sənədləşdirilməsində rəyi müsbət oldu. O vaxt bir az belə şeylər o qədər də inkişaf etməmişdi deyə, həm de rayon yeri olduğu üçün fotoparat yox idi, heç ağlıma da gəlməyib ki, bunun əvvəlki vəziyətinin şəkillərini çəkib saxlayım. Amma onu deyim ki, maşın çox köhnə idi və elə bu vəziyyətə gəlməsinə də bu səbəb oldu. Çunki maşının heç bir detali ələ gəlmirdi və biz də məcbur qalıb təkcə ramasını götürüb qalın hər şeyini təzələdik».
Abbas Culfalı deyir ki, bu işlə hobbi kimi məşğul olub. Əsas işi isə rəssamlıqdır: «Hazırda 60 yaşım var. Gələcəkdə bu işlə məşğul olması düşünmürəm. Amma məşğul olanlara təklif və məsləhətlərimi verə bilərəm. Çünki həm yaşım artıq buna imkan vermir, həm də rəssamlıq».
Amma bütün hallarda Abbas Culfalının gördüyü bu iş həm maraqlıdır, həm də təqdirəlayiq haldır.
Elməddin
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











