Naxçıvandan Avropa Oyunları üçün Bakıya 280 avtomobil göndəriildi

Naxçıvan Avtomobil Zavodu (NAZ) "Bakı-2015" I Avropa Oyunlarının rəsmi dəstəkçisi olaraq rəsmi tərəfdaşlıq çərçivəsində artıq Bakıya 280 ədəd "NAZ-Lifan" markalı avtomobil göndərib.
Avtosfer.az "report"a istinadən verdiyi xəbərə görə, bu barədə müəssisənin direktoru Musa Abdullayev məlumat verib: "Müəssisədə yığılan 80 ədəd "NAZ-Lifan X60" krossoveri və 200 ədəd "NAZ-Lifan 720" markalı avtomobil istifadə üçün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinə təhvil verilib".
Onun sözlərinə görə, idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələri ilə təminat məqsədi ilə fasiləsiz servis xidməti də təşkil edilib.
"Günün istənilən vaxtında hər hansı bir problemlə qarşılaşacaq sürücü Qaynar Xəttə müraciət edə bilər. Dərhal həmin ünvana yollanacaq çinli və yerli mütəxəssislərdən ibarət peşəkar mobil briqada problemi yerindəcə həll etmək gücünə malikdir", - deyə M.Abdullayev əlavə edib.
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO










