Nəqliyyat Nazirliyi “Bakı-2015” üçün Tədbirlər Planını təsdiq edib

2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, Nəqliyyat Nazirliyində imzalanan əmrə əsasən “Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir. Bunu Azərbaycan hakim partiyasının saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib. Z.Məmmədov bildirib ki, nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur. Onun sözlərinə görə, respublikanın nəqliyyat siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur. “Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir” - deyə, nazir vurğulayıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










