Ölkənin ən ucuz maşınları - Bazar qiymətləri - SİYAHI

Azərbaycanda "ayağını yerdən götürmək" istəyənlər üçün ucuz qiymətə maşınlar heç də az deyil. Bazarda ən ucuz modellər Çin, İran, Rusiya və Azərbaycan istehsalı maşınlardır. Onların yeniləri 7-8 min manat arasında dəyişir. Amma təbii ki, həmin avtomobillərin işlənmiş olanlarını daha ucuz qiymətə almaq mümkündür. Məsələn, "Şanqan" şirkətinin "Benni" modelini 8 min manata almaq olar. Son dövrlər bu Çin maşınlarına maraq artsa da, mütəxəssislər keyfiyyətini bəyənmirlər.
İranın istehsal etdiyi "Saipa 132" avtomobilinin 2014 buraxılışını 7 min manata tapmaq mümkündür.
Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "Naz Lifan 330" modeli isə 10 min manata satılır.
Ancaq sadalanan maşınların təzəsini almağa üstünlük verənlər azdır. Əsasən, işlənmiş avtomobillər bazardan alınır ki, onlar təqribən yarıbayarı ucuz qiymətə təklif olunur.
Həmçinin daha köhnə modellər də var ki, "su qiyməti"nə satışdadır. Məsələn, "Ford"un "Sierra" modelini 800-900 dollara almaq olar.
"Reno"nun "12 Toros" modeli də təxminən eyni qiymətədir. Bu maşın 1996-cı il buraxılışıdır.
BMV-nin "735" modeli də var ki, 1500 dollar ödəməklə bu maşına sahiblənmək olar.
VAZ-2107, "Tofaş"ın "Şahin" modelinin işlənmiş olanlarını 2000-2500 manata almaq mümkündür.
Ölkədə ən ucuz maşın adına isə "Zaporojes" layiq görülüb. Bu maşınlar 300-500 manatadır.
axar.az
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










