Polis gizli yolla pul qazanan taksilərə qarşı hərəkətə keçdi

Parisdə “Uber” onlayn taksi sifarişi xidmətinin iki rəhbəri nəzarət altına alınıb. Bu barədə “Le Monde” qəzeti məlumat verib. İKT.lent.az-ın "Lenta”ya istinadən xəbərinə görə, “Uber France” şirkətinin baş direktoru Timbo Semfal və “Uber”in Avropa üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti “UberPOP” mobil əlavəsinin fəaliyyətinin təhqiqatı çərçivəsində saxlanılıb və informasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə şöbəsinin nümayəndələri tərəfindən sorğu-sual edilib. İyunun 29-da Fransa daxili işlər naziri Bernar Kaznev Paris taksilərinin yoxlanılması üçün əlavə 200 polis nəfərinin ayrılması ilə bağlı göstəriş verib. Sürücünün müvafiq lisenziya olmadan ödənişli xidmətlər göstərməsində şübhələr yaranacağı təqdirdə maşın həbs ediləcək.
Fransa prezidenti Fransua Olland “UberPop” servisinin fəaliyyətinin qeyri-qanuni olması ilə bağlı qərarın qəbul edilməsini, onunla birlikdə işləyən avtomobillərin nəzarət altına götürülməsini tələb edib. B.Kaznev Paris polis rəisinə “UberPop” əlavəsinin fəaliyyətini qeyri-qanuni elan edən sərəncamın verilməsi xahişi ilə müraciət ünvanlayıb.
İyunun 24-də Parisdə və ölkənin bir neçə böyük şəhərində kütləvi iğtişaşlara çevrilən etiraz aksiyaları başlayıb.
1 yanvar 2015-ci ildə Fransada lisenziya olmadan sərnişindaşımaları ilə məşğul olmağı qadağan edən qanun qüvvəyə minib. 2014-cü ilin dekabrında Fransa Ali Məhkəməsi “Uber” fəaliyyətini qadağan etməkdən imtina edib.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan “Uber” şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 41 milyard dollar dəyərində 1,2 milyard dollarlıq investisiya cəlb edib.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










