Banner

“Prius”larda şok ucuzlaşma - QRAFİK

Avtobazar 18 Aprel 2024 19:57 Oxunub 740
“Prius”larda şok ucuzlaşma - QRAFİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bir çox sahibkar və şirkət avtomobil parkını yeniləməyə başlayıb. Yenilənən avtomobillər arasında "Toyota Prius" markalı maşınlar üstünük təşkil edir. Baku.ws-in məlumatına görə, yeni qaydalar iyulun 1-dən tətbiq olunmağa başlayacaq.

Bu o deməkdir ki, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Hazırda avtomobilinin yaşı 15-dən yuxarı olan şəxslər taksi kimi fəaliyyət göstərsə də 3 aydan sonra bu mümkün olmayacaq. Elə buna görə, avtomobili taksi kimi fəaliyyət göstərən və modeli "Toyota Prius" olan şəxslər bu maşınları satmağa üstünlük verirlər.

Mart ayında məlum qərarın qəbulundan sonra "Prius"ların qiyməti birdən-birə xeyli ucuzlaşmışdı. Sahibkarların taksi xidmətində günlük icarəyə verdiyi bu maşınların kütləvi satılması qeydə alındı. Əsasən "TikTok" platformasında bu maşınların 6-8 min manat arası satılması barədə videolar yayılmağa başladı. Lakin bu videoları araşdırarkən bəzilərin feyk, bəzilərinin isə bilərəkdən hazırlanan videolar olduğu üzə çıxdı.

Bununla belə mart ayında apardığımız araşdırmalar göstərdi ki, "Toroya Prius" markalı avtomobillərin qiyməti ili və vəziyyətinə görə dəyişir. 2007-2012-ci illərin istehsalı olan "Prius"lar 13 min - 22 min manat arasında satılır.

Maraqlıdır ki, taksilərlə bağlı qərarın tətbiqinə 3 ay müddət qalsa da "Prius"ların qiymətində hər ay dəyişiklik müşahidə olunur. Belə ki, müddət azaldıqca bu avtomobillərin daha ucuz qiymətə satılması baş verir.

Aprel ayında 2007-2012-ci illərin istehsalı olan "Toyota Prius" markalı avtomobillərin satış qiyməti isə belədir: 9 500 - 21 800 AZN. "Prius"ların qiymətinin iyulun 1-i yaxınlaşanadək getdikcə daha da ucuzlaşacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh