Putinin reklam etdiyi avtomobilin satışı azaldı - FOTO

Türkiyəyə iqtisadi sanksiyalar tətbiq edən Rusiyanın özündə iqtisadi vəziyyət heç də yaxşı deyil. Avtomobil bazarı basda olmaqla iqtisadiyyatda işlər getdikcə pisləşir. Avtosfer.az-ın məlumatına görə, modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın avtomobil bazarı hazırda böyük tənəzzül yaşayır. Rusiya prezidenti Vladimir Putin ötən ilin oktyabr ayında yerli avtomobil şirkəti “Avtovaz”ın istehsal etdiyi son model "Lada Vesta”nı test etmişdi. Ancaq Putinin dəstəyinə baxmayaraq, bu model gözlənilən satışı verə bilmədi. Ekspertlər bildirirlər ki, ötən ilin noyabrında Rusiyada avtomobil satışı 43 faiz düşərkən, dekabr ayında bu göstərici 45 faizə çatıb. Rusiyanın 2015-ci ildə 1,28 milyon ədəd avtomobil satdığını bildirən ekspertlər bu göstəricinin 2016-da 1,1 milyon ədədə geriləyəcəyini proqnozlaşdırır. Bu şərtlərdə bazarın gələcəyi ilə bağlı nikbin proqnozlar yerini daha bədbinliyə buraxır. Bu itkilərin sonra hərəkətə keçən Rusiya hökuməti avtomobil bazarını canlandırmaq üçün yeni tədbirlər görməyə hazırlaşır. Məlumata görə, hökumət köhnə avtomobilini dəyişdirmək istəyənlərə vergi güzəştləri tətbiq edəcək. Eyni zamanda avtomobil satışı bazarında aşağı faizli kredit imkanı və təşviqlər təmin ediləcək. Sənaye və ticarət naziri Denis Manturov bildirib ki, 2016-cı ilin ilk yarısında bazarı canlandırmaq məqsədilə 275 milyon dollar (20 milyard rubl) cəlb olunacaq.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











