Qaçqınlara hədiyyə verilən maşınları Bakıda çürütdülər – VİDEO

Bu günlər gündəmə gələn məsələlərdən biri də iki il əvvəl “Eurovision” müsabiqəsi zamanı Bakıya gətirilən 200-dən çox avtomobilin aqibəti olub. Məcburi köçkünlərə hədiyyə veriləcəyi vəd edilən bu avtomobillərin sonradan el arasında deyildiyi kimi, "metalloma" verilməsi qərarını zərur edən nədir? ANS-in məlumatına görə, Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsi ərəfəsində Almaniyadan ölkəmizə gətirilən, sahibini tapmayan 240 avtomobil 2 ildən çoxdur ki, Binəqədi rayon ərazisində dayancaqda saxlanılır. Avtoralli iştirakçıları hələ o vaxt qaçqınlar üçün hədiyyə olaraq gətirdikləri avtomobilləri Bakıda saxlayaraq özləri təyyarə ilə geri dönmüşdülər. Həmin vaxtdan 2 ildən çox bir müddət keçməsinə baxmayaraq ki, avtomobillər hələ də sahibini tapmayıb. İlk əvvəl maşınların məcburi köçkünlərə veriləcəyi söylənilmişdi. Sonradan Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov 240 avtomobilin icmaya hədiyyə edildiyini bildirmişdi. Lakin maşınlar gömrükdən keçmədiyi və texniki pasportları olmadığı üçün istifadə edilmədi. Dayanacağın gözətçisi deyir ki, bu avtomobillərin gömrük rüsumu azı 4-5 min AZN-dir. Bu məbləğə elə bazardan da həmin vəziyyətdə avtomobilləri almaq mümkündür. Deyilənə görə, Almaniyadakı səfirliyimiz sənədlərin qaydasına salınması istiqamətində işlər aparmalı idi. Aylar, illər ötdükcə açıq havada saxlanılan maşınlar da sıradan çıxmağa, ehtiyat hissələri çürüməyə başlayıb.
Bütün qaranlıq məqamlara Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov aydınlıq gətridi. Əvvəla, avtomobillərin sənəd məsələsini həll etmək və gömrükdən keçirmək mümkün olmayıb. Çünki həmin maşınlar “Avro 4” standartlarına cavab vermir. Məlum qərarla yalnız 2005-ci ildən sonrakı istehsal olunan avtomobillərin ölkədə istismarına icazə verilir. Bayram Səfərov bildirir ki, dayanacaqdakı avtmobillər 60-70-80-ci ilərin istehsalıdır. Üstəlik köhnə olduğundan, təmiri çətinlik yaratdığından avtomobilləri kiməsə hədiyyə vermək də məqsədəuyğun hesab edilmir.
Bayram Səfərovun sözlərinə görə, ölkəmiz yeni standartlar qəbul edib: “Ona görə bu tip avtomobillərin dövriyyəyə buraxılması məqsədəuyğun deyil. Həmin avtomobillər istifadəyə yararsız olduğu üçün metalloma veriləcək”.
240 maşının içərisində turist yedəkləri və daha bir neçə motosiklet də var. Lakin almanların hədiyyəsi 2 ildən çox müddətdə dayanacaqda saxlanılandan sonra "metallom"a çevriləcək. Amma o qədər də pis görünmür. Maşınlara baxanda heç də "metallom"a göndərilməli təəsüratı yaranmır.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək















