Banner

Qadınlar yol polisi işləməyə meyl etmirlər

Avtobazar 15 Aprel 2014 00:00 Oxunub 2240
Qadınlar yol polisi işləməyə meyl etmirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şöbə rəisi: «Yol polisi həddən artıq çətin xidmətdir»

«Baş Dövlət Yol Polisi İdarəsində hazırda təxminən 60-70 nəfər vakansiya olmalıdır». Bunu Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin “Qafqazinfo” ya müsahibəsində deyib. Onun sözlərinə görə, burada əsasboy, təhsilvə yaş şərtivar. Xidmətə gələn şəxsin boyu 1.75 sm- dən aşağı olmamalıdır. Onun ən azı beş illik sürücülük təcrübəsi olmalıdır. Avtomobil nəqliyyatına aid təhsili olmalıdır. Ordu sıralarında hərbi xidmətdə olmuş şəxs olmalıdır, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmamalıdır. İngilis dilində sadə danışıq bacarığı olmalıdır.  Bu şərtlərə cavab verən şəxslər bu xidmətə gəlirlər. İndi olur ki, bəzilərinin boyu, bəzilərinin təhsili imkan vermir. Yol polisi həddən artıq çətin xidmətdir. Hətta qadınların da burda işləməsi mümkün olmasına baxmayaraq xanımlar bu xidmətdə çalışmağa meyl etmirlər. Bayır xidmətində məsələn, yayda 40  dərəcə isti, bir qədər də asfaltın istisi, soyuqda küləkdə, qışda, qarda, buzlu yolda 8-9 saat ayaq üstdə durmalıdır.  Bəlkə də bunlara görə elə insanlar var ki, bu xidmətə gəlmək istəmir. Amma çətin olduğu qədər də şərəfli xidmətdir. Hazırda yol polisində polis qadınlarımız da var. Onlar bayır xidmətində yox digər xidmətlərdə çalışırlar. Məsələn,  yol polisində avtotexniki müfəttişlik şöbəsi var. Hərəkətin təşkili, maliyyə, kadrlar şöbəsi, katiblik var. Bizdə xanımlar ən çox həmin sahələrdə çalışırlar».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh